5 C
Baku
Monday, December 30, 2024

Ağdamdakı Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun investisiya dəyəri 8.92 milyon manatdır

Ağdam Sənaye Parkında yaradılan “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun illik istehsal gücü 5 min ədəd rabitə və işarəvermə, 250 ədəd mikroprosessor mərkəzləşmə sistemi avadanlığı həcmindədir. İstehsal olunan mallar daxili və xarici bazar üçün nəzərdə tutulub.

Bunu Ağdamda  Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun direktor müavini Əhmədiyyə Baxışov deyib.

Direktor müavini bildirib ki, “Rail Trans Service” MMC 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ağdam Səneye Parkının 1,6 hektar ərazisində yaradılan Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun investisiya dəyəri 8,92 milyon manatdır. Burada əsasən Ağdam və ətraf rayonlardan olmaqla, 60 nəfər işlə təmin ediləcək.

“Rail Trans Service” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 70 min manata yaxın vəsaitə qənaət edib.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında iştirak edib.

Mənbəazərtac
Son xəbərlər
Digər xəbərlər