Bu gün İranda keçirilən hərbi paradda İranın “Cihad” adlı yeni ballistik raketinin təqdimatı keçirilib.
“Cihad” ballistik raketi İranın ən dəqiq və uzaq mənzilli raketi hesab olunur.
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yeni ballistik raketinin xüsusiyyətləri açıqlanmayıb. Raketin quru yanacaqdan istifadə etdiyi və tam şəkildə İranda istehsal olunduğu bildirilib.
Qeyd edək ki, bu gün İranda Silahlı Qüvvələr Günü olaraq qeyd edilir və İran şəhərlərində aidiyyəti üzrə parad keçirilir.