12 C
Baku
Saturday, November 23, 2024

Bank of Baku-da yeni təyinat

Məmmədov Arif  Cavanşir oğlu Bank of Baku-nun Rəqəmsal Bankçılıq departamentinin direktoru vəzifəsinə təyin olunub.

Təhsil:

Arif Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

İş təcrübəsi:

Bank sahəsində 11 illik peşəkar iş təcrübəsinə sahibdir. 

Arif Məmmədov Bank of Baku-dakı iş fəaliyyətinə 2013-cü ildə başlayıb və 2018-ci ilə qədər bankın müxtəlif sahələrində çalışıb. 

2018-ci ildə Problemli kreditlər departamentində bölmə rəhbəri, 2 il sonra isə eyni departamentin müvafiq şöbəsinin müdiri vəzifəsini icra edib.

2022-ci ildə Alternativ satış kanalları departamentinin Onlayn bankçılıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2023-cü ildən indiki təyinatına qədər Rəqəmsal Bankçılıq departamentinin direktorunun müavini vəzifəsini yerinə yetirib.

 

Son xəbərlər
Digər xəbərlər