Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə “Kia Sportage” markalı avtomobillər şəxsi heyətin xidməti istifadəsinə verilib.
Bu barədə Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib.
Həmin avtomobillər artıq müvafiq qurumların istifadəsinə verilib.