9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcmi 275% artıb

Çinə səfər çərçivəsində Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanqla görüş keçirilib və iki ölkə arasında dəmiryolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.

Bunları rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

“2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrü ilə müqayisədə 275% artdığı qeyd edildi.

Liu Jenfanq Çinin Orta Dəhlizin Cənub marşrutunun inkişafında və Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının birgə iştirakı ilə yaradılmış “Middle Corridor Multimodal” şirkətinin işinə qoşulmaqda maraqlı olduğunu bildirdi”, – deyə nazir qeyd edib.

39fe4f00 784c 31a5 b8f8 e85dac8f0232 850

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər