13 C
Baku
Friday, November 22, 2024

Agentlik: Dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir

Azərbaycanda dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir.

Bunu Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov Bakıda keçirilən “İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi” mövzusunda konfransda bildirib.

“Agentlik çalışır ki, ehtiyatlar azalmasın. Stabil rəqəmləri qorumağa çalışırıq. Vacib məsələ ehtiyatların yenilənməsidir. Agentliyin hədəfi yenilənmə prosesinin mütəmadi baş verməsidir. Məsələn, birdən-birə bazara böyük həcmdə taxıl buraxılmasın. Çünki bu birbaşa tələb-təklif tarazlığını poza bilər. Ona görə bu prosesdə un istehsalçıları ilə dövlət-özəl sektor əməkdaşlığı olduqca vacibdir. Dövlət üçün önəmlidir ki, un istehsalçılarının maliyyə durumu dayanıqlı olsun ki, ehtiyatların yenilənməsi prosesi mərhələli şəkildə baş versin”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər