Azərbaycanda institusional investorlar uzunmüddətli istiqrazlara investisiya qoymur.
Bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl maliyyə” konfransında bildirib.
“BFB kapital bazarında qabaqcıl təşəbbüslərə diqqət yetirir. Bu təşəbbüslər ilk növbədə dövlət şirkətlərini, eləcə də özəl şirkətləri istiqraz bazarına cəlb etmək və bazarda daha geniş institusional investor bazası yaratmaq məqsədi daşıyır. İnstitusional investorlar əsasən maliyyə sektorunda cəmləşirlər. Bunlar, banklar və sığorta şirkətləridir. Ancaq bu investorlar qısamüddətli istiqrazlara investisiya qoyur”, – deyə o qeyd edib.