PAŞA Sığorta şirkətində yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Günel Behbudova “PAŞA Sığorta”nın Komplayens Departamentinin rəhbəri təyin edilib.
O, 2005-2009-cü illərdə “Azərbaycan Dövlət İqtisad Universiteti”ndə vergi hüququ üzrə bakalavr dərəcəsi, 2009-2012-ci illərdə maliyyə üzrə magistr dərəcəsi, 2013-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti İqtisadiyyat üzrə fəlsəfə doktoru (Ph.D.) dərəcəsinə yiyələnib.
“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.