14 C
Baku
Saturday, November 23, 2024

“Səba” ASC “Chicken Pro.”, “Biləsuvar Aqro” və “Qarabağ Toxum”dakı paylarını satır

28 oktyabr 2024-cü il tarixdə saat 15:00-da Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, “Səba” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib.

1. “Səba” ASC-nin Direktorlar Şurası barədə;

2. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

3. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

4. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılmasına dair əqd barədə;

5. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin birgə təsisçiliyi ilə yaradılmış “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı “Qarabağ Taxıl” MMC-yə məxsus payların satılmasına dair əqd barədə;

6. “Səba” ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;

7. “Səba” ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

8. “Səba” ASC-nin birgə təsisçiliyi ilə yaradılmış “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə;

9. “Səba” ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;

10. “Səba” ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər