Cari ilin ilk yarısında Körfəz ölkələrindən Azərbaycana pul köçürmələr yüksəlib

Körfəz ölkələrindən və eləcə də Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana pul köçürmələrin həcmi cari ilin ilk yarısında öncəki illə müqayisədə 5 faiz artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, BƏƏ-dən Azərbaycandakı fiziki şəxslərə 2024-cü ilin ilk altı ayında 15.08 milyon ABŞ dolları pul baratları köçürülüb.

Bu 2023-cü ilin eyni dövründə 14.36 milyon dollar idi.

Səudiyyə Ərəbistanından pul köçürmələr illik müqayisədə 23 faiz artaraq  9.37 milyon dolları, Qətərdən isə 31 faiz artaraq 5.16 milyon dolları keçərkən, Küveytdən isə 5 faiz azalaraq  1.61 milyon dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər