13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda ən yüksək əməkhaqqı verilən bölgələr – Siyahı

Cari ilin birinci yarısında Azərbaycanda qeydə alınan orta aylıq nominal əməkhaqqı məbləği 2020-ci il ilə müqayisədə 41,7% və ya 295,1 manat artıb. 2023-cü il üzrə ölkədə orta aylıq nominal əməkhaqqı məbləği 933,8 manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 11,2 % və ya 94,4 manat çox olub.

Banker.az bu barədə MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə istinadən xəbər verir.

Cari ilin birinci yarısında ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% və ya 80,9 manat artaraq, 1002,8 manata çatıb. Ötən ilin birinci yarısında isə bu məbləğ 921,9 manata bərabər olub.

2024-cü ilin I yarısında ölkə üzrə ən yüksək orta aylıq nominal əməkhaqqı Xankəndi şəhərində (1309 AZN) qeydə alınıb. 1268,7 manat ilə paytaxt Bakı ikinci sırada yer alıb. Üçüncü sırada isə 1074,1 manat ilə Daşkəsən rayonu qərarlaşıb. Bu da onu göstərir ki, ilk üçlükdə yer alan bölgələr ölkə üzrə qeydə alınan orta aylıq nominal əməkhaqqı məbləğindən (1002,8 manat) daha yüksək nəticəyə malikdirlər.

2023-cü ilin birinci rübü ilə müqayisədə cari ilin I rübündə orta aylıq əməkhaqqı məbləği ən çox artım (məbləğ etibarilə) Daşkəsən rayonunda (17,4% və ya 159,3 AZN) qeydə alınıb. İkinci sırada 119,7 manat (18,2) artım ilə Naxçıvan Muxtar Respublikası yer alıb. Hesabat dövründə Bakıda 91,4 manat (7,8%) artım qeydə alınıb və bu göstərici üzrə 5-ci sırada qərarlaşıb.

11 1 12

 

Son xəbərlər
Digər xəbərlər