20 C
Baku
Thursday, October 3, 2024

Rusiya 2050-ci ilə qədər neft hasilatı üzrə hədəflərini açıqlayıb

Rusiyanın 2050-ci ilə qədər baza ssenarisinə əsasən, neft hasilatı hədəfi 540 mln. ton təşkil edir.

Bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.

Onun sözlərinə görə, qeyd olunanlara baxmayaraq, həcmlər ölkənin “OPEC+” çərçivəsində öhdəliklərindən asılı olaraq tənzimlənə bilər.

Nazir müavini qeyd edib ki, Rusiya həm 2030-cu, həm də 2050-ci ilə qədər tələbatın potensial artımına əminliklə yanaşır.

Xatırladaq ki, “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər