Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinin Sədri vəzifəsinə təyinat olub.
Banker.az xəbər verir ki, Yalçın Camalov İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Y. Camalov özəl və dövlət sektorunda 15 ildən artıq təcrübəyə malikdir.
O, ali təhsilini Türkiyədə Qazi Universitetinin iqtisadiyyat və idarəetmə ixtisası üzrə alıb.
Y. Camalov İqtisadiyyat Nazirliyinin Əmlak komitəsində aparıcı mütəxəssis, Vest Consulting MMC-də Baş Menecer, Detal Aluminium MMC-də İcraçı Direktor vəzifələrində çalışıb. Karyerasını Əmlak Məsələləri Dövlət Komitəsində İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru vəzifəsində davam etdirən Yalçın Camalovun son iş yeri Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında Dövlət Nəzarəti Məsələləri şöbəsində monitorinq və təhlil sektorunun müdiri vəzifəsi olub.