10 C
Baku
Wednesday, December 11, 2024

“Kəpəz” BOKT yarımilliyi mənfəətlə bitirib

“Kəpəz” BOKT MMC 2024-cü ilin 1-ci yarımilliyini 853 min manat mənfəətlə başa vurub. 2023-cü ilin eyni aylarında BOKT-un mənfəəti 848 min manat olub ki, bu da illik müqayisədə 0.6% artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında BOKT-un cəmi gəlirləri 2 milyon 313 min manat, cəmi xərcləri 1 milyon 64 min manat təşkil edib.

30 iyun 2024-cü il tarixinə “Kəpəz” BOKT-un aktivləri 10 milyon 696 min manat olub.

Xatırladaq ki, “Kəpəz” BOKT 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 000 manatdır və qanuni təmsilçisi Rəşad Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər