14 C
Baku
Thursday, November 7, 2024

Bankların maliyyə resursu kimi fiziki şəxslərin payı artıb – Mərkəzi Bank

2024-cü ilin bank sektorun əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində azalma qeydə alınsa da, fiziki şəxslərin depozitlərində yüksək artım müşahidə edilib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü ilin I yarımili üzrə Maliyyə sabitliyi hesabatında qeyd edilir.

Cari ilin I yarımili ərzində hüquqi şəxslərin depozitləri 3% (663 mln. manat) azalaraq 21.3 mlrd. manat, fiziki şəxslərin depozitləri isə 10.3% (1.3 mlrd. manat) artaraq 13.9 mlrd. manat təşkil edib.

Nəticədə 2024-cü ilin I yarımilinin sonuna olan göstəricilərə əsasən hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 2.7 f.b. azalaraq 48.3%, fiziki şəxslərin depozitlərinin öhdəliklərdə payı isə 2.3 f.b. artaraq 31.5% olub.

Qeyd etmək lazımdır ki, fiziki şəxslər üzrə depozitlərin artımının əsas hissəsi (67%-i) müddətli depozitlərin artımı hesabına baş verib.

Hüquqi şəxslərin depozitlərinin azalmasının əsas səbəbi iri neft-qaz şirkətlərinin biznes əməliyyatları olub.

Son xəbərlər
Digər xəbərlər