13 C
Baku
Friday, November 22, 2024

Novak: “Rusiya bir neçə il ərzində neft hasilatını 540 milyon tona çatdıracaq”

Rusiya 2050-ci ilə qədər olan dövrü əhatə edən Enerji Strategiyasında nəzərdə tutulduğu kimi, neft hasilatını dünya bazarının böyüməsindən asılı olaraq bir neçə il ərzində 540 milyon tona çatdıracaq.

Bunu ölkənin baş nazirinin müavini Aleksandr Novak Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Hər şey bazarın böyüməsindən və OPEC ölkələri ilə birgə atacağımız addımlardan asılı olacaq. Hesab edirəm ki, bu, bir neçə il ərzində baş verə bilər”, – o qeyd edib.

Rusiya Enerji Həftəsi sentyabrın 26-dan 28-dək Moskvada keçirilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər