16 C
Baku
Wednesday, October 30, 2024

AMB kotirovka sorğuları elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) kotirovka sorğuları elan edib. Bu barədə bu gün “Xalq qəzeti”ndə elan yerləşdirilib.

Kotirovka sorğuları Mərkəzi Banka məxsus inzibati və digər binalarda təmir-bərpa işlərinin görülməsi və malların (avadanlıqların) alınaraq quraşdırılması, müşahidə sistemi avadanlıqlarının alınaraq quraşdırılması, AMB-nin illik hesabatının elektron dizaynı və nəşr edilməsi üzrə elan olunub.

Qeyd olunub ki, 1-ci məsələ üçün iştirak haqqı 30 manat, 2-ci və 3-cü məsələ üçün isə 20 manatdır.

Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri martın 7-si saat 17:00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və martın 9-u saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.

Son xəbərlər
Digər xəbərlər