Azərbaycandakı bankların 2024-cü ilin yanvar-avqust aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 8 ayında bankların kreditlər üzrə faiz gəlirləri 2,048.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxdur.
Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1,680.2 milyon manat təşkil etmişdir.
Yanvar-avqust ayında faizlər üzrə xərcləri isə 774 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.