Sosial proqramların kəskin şəkildə ixtisar olunması və iqtisadi tənəzzül Argentinada yoxsulluq səviyyəsinin artmasına səbəb olub.
Argentina Dövlət Statistika Agentliyinin məlumatına görə, cari ilin birinci yarısında ölkə əhalisinin 52,9 faizi yoxsulluq həddində yaşayıb. Ötən ilin ikinci yarısında isə bu göstərici 41,7 faiz olub. Eyni zamanda, ifrat yoxsulluq şəraitində yaşayan əhalinin sayı 11,9 faizdən 18,1 faizə yüksəlib.
Argentina Prezidenti Xavyer Miley ötən ilin sonunda vəzifəyə gəldikdən sonra bir sıra sosial proqramları və subsidiyaları kəsib, dövlət sektorunda iş yerlərinin çoxu ixtisar edilib. Buna baxmayaraq, Argentina 2024-cü il üçün iqtisadi proqnozunu xeyli yaxşılaşdıra bilib. Ölkə iqtisadiyyatı elan edilən 3,9 faiz deyil, cəmi 1,3 faiz tənəzzülə uğrayıb.
Qeyd edək ki, bir vaxtlar zəngin olan Argentina ciddi iqtisadi böhranla üzləşib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkədəki istehsalın bu il dörd faiz azalacağını proqnozlaşdırıb.