22 C
Baku
Friday, September 27, 2024

Neft tədarükün artacağı proqnozları fonunda əhəmiyyətli enişə hazırlaşır – “Bloomberg”

Dünyada standard marka olan Brent həftə ərzində 4%-dən çox dəyər itirə bilər. İnvestorlar Səudiyyə Ərəbistanı və Liviyada hasilatın artma ehtimalını qiymətləndirirlər.

Banker.az xarici mətbuat və Bloomberg-ə istinadən xəbər verir ki, kəskin enişdən sonra neftin qiymətləri sabitləşib, lakin OPEC ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Liviyadan tədarükün artacağı proqnozları səbəbindən həftəlik əhəmiyyətli eniş hələ də gözlənilir.

Brentin barreli təxminən $72 ətrafında ticarət olunurdu və bu həftə təxminən 4% dəyər itirib, WTI isə $68-dən aşağı düşüb. “Financial Times”ın məlumatına görə, Səudiyyə Ərəbistanı hasilatı artırmaq planlarını açıqlayıb. Banker.az yaxınlarda bununla bağlı yazı dərc edib.

Liviyada şərq və qərb hökumətləri arasında razılaşmanın əldə edilməsindən sonra yaxın gələcəkdə gündə 500 min bareldən çox neftin bazara qaytarılacağı gözlənilir, bu da bazarda pessimist əhval-ruhiyyə yaradır.

Neft OPEC+ ölkələrinin hasilat məhdudiyyətlərinin yumşaldılması planları və ən böyük idxalçı olan Çinin iqtisadi perspektivləri səbəbindən II rübdə ardıcıl olaraq enişə hazırlaşır.

Bloomberg hesab edir ki, Çin iqtisadiyyatı stimullaşdırmaq üçün bir sıra tədbirlər təklif edib, lakin bu tədbirlərin effektivliyi hələ də aydın deyil.

Yaxın Şərqdəki gərginlik isə qeyri-müəyyənlikləri artırıb, bu neft qiymətlərinin həftə ərzində kəskin enişini şərtləndirir. İsrail Livandakı Hizbullah hədəflərini bombalamaqda davam edir, bu isə atəşkəs razılaşmasına mane olur və regional müharibə riskini yüksəldir.

Brent üçün gözlənilən volatillik göstəricisi yüksəlib. Opsion bazarları indi neft fyuçerslərinin kəskin bahalaşması riskini daha az qiymətləndirir və Brent üzrə qiymətlərin aşağı düşməsindən mənfəət götürən “put” opsionlarının “call” opsionlarına nisbətən premya  dekabrdan bəri ən yüksək səviyyəyə çatıb.

Helen qasırğası Florida ştatının qərb sahilini vurub və bir neçə ştatda daşqın təhlükəsi yaradır. Təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə büroya görə, fırtına Meksika körfəzindəki neft hasilatının təxminən dörddə birini dayandırıb.

Neftin qiymətləri:

  • Brent markalı neftin noyabr fyuçersləri London vaxtı ilə səhər saat 08:28-də 0.2% artaraq 71.75 dollar/barel olub.
  • WTI noyabr fyuçerslərini isə 0.3% artaraq 67.84 dollar/barel olub.
Son xəbərlər
Digər xəbərlər