10 C
Baku
Wednesday, November 27, 2024

ƏDV depozit hesabından büdcəyə köçürmələrin reqlamenti müzakirə ediləcək

Oktyabrın 2-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçiriləcək.

İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin I yarısı üzrə görülmüş işlər, habelə ondan sonrakı dövrdə görülən işlər, ƏDV depozit hesabından dövlət büdcəsinə köçürmələrin reqlamenti müzakirə ediləcək.

Bununla yanaşı, iclasda 2024-cü il üzrə Yol Xəritəsinin hədəflərinə dair müzakirə növbəti dövrdə həyata keçirilməsi nəzərdə tutulan işlər diqqət mərkəzində olacaq.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “Onlayn müraciət” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər