13 C
Baku
Friday, November 22, 2024

Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazı müzakirə etdi

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun İran İslam Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Abbas Araqçi arasında  ilk görüşü keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə,  görüş sentyabrın 27-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Bildirilib ki, görüş zamanı İranın nüvə proqramından tutmuş Cənubi Qafqazdakı vəziyyət və İsrail münaqişə zonasına qədər aktual beynəlxalq və regional problemlər ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.

Xarici siyasi koordinasiyanın hazırkı yüksək səviyyədə saxlanmasında qarşılıqlı maraq vurğulanıb.

Tərəflər Rusiya və İran arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması xəttinin dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Nazirlər yüksək səviyyələrdə qarşıdakı təmasların qrafikinə aydınlıq gətiriblər.

Lavrov iranlı həmkarını əlverişli vaxtda Moskvaya səfərə dəvət edib.

Son xəbərlər
Digər xəbərlər