24 C
Baku
Monday, September 30, 2024

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib – Yenilənib

14:47

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk iclası keçirilib.

Banker.az xəbər verir ki, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim edilib.

İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşdırılıb, Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.

***

12:03

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk iclası başlayıb.

Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.

İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.

Son xəbərlər
Digər xəbərlər