22 C
Baku
Monday, September 30, 2024

“İpək Yolu Sığorta”nın yığımları 68% azalıb

“İpək Yolu Sığorta” ASC-nin 2024-cü ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-avqust ayında 4,898 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 10.257 mln. manat və ya 68% azalma deməkdir.

Ötən ilin 8 ayında sığorta şirkəti tərəfindən 15,155 mln.manat sığorta haqqı toplanmışdır.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər