İran oktyabrın 3-dən etibarən bütün ölkədaxili aviareysləri qeyri-müəyyən müddətə dayandırır.
Bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, qərar təhlükəsizliyin təminatı məqsədilə qəbul olunub.
Bu arada, bir sıra əcnəbi aviasiya şirkətləri də İrana uçuşları təxirə salmağa başlayıb. “Flightradar” portalında yerləşdirilən məlumatlarda ölkənin hava məkanının açıq olmasına rəğmən bu addımın baş verə biləcək hadisələrin qarşısını almaq niyyəti daşıdığı göstərilıib.