13 C
Baku
Saturday, November 23, 2024

“Novator Farma”nın İtaliyadan gətirdiyi bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı

Nəzarət tədbirləri çərçivəsində “Novator Farma” MMC-nin İtaliyadan idxal etdiyi “Gricar Chemical S.r.l” müəssisəsinin istehsalı olan, ümumi sayı 15034 ədəd “Zeolimed, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından (06.05.2024-06.05.2027-ci il istehsal və son istifadə tarixli, P119 partiya nömrəli) Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində qurğuşunun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

Son xəbərlər
Digər xəbərlər