“WhatsApp” messenceri videozəngləri təkmilləşdirmək üçün tətbiqə yeni filtrlər və fonlar əlavə edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Yeniliklər Bu effektlər yaxın həftələrdə bütün istifadəçilər üçün əlçatan olacaq.
Yeni filtrlər “Instagram” filtrlərinə bənzər bir çox vizual effektlər təklif edir. Seçimlərə “İsti”, “Soyuq”, “Ağ-qara”, “Xəyalpərəst” və digərləri daxildir. Zəng zamanı videonun fonunu dəyişmək istəyənlər üçün “WhatsApp” proqramı onlarla virtual fon tərtib edib.
Fon seçimlərinə “Blur”, həmçinin ofis, gün batımı, meşə və hətta bayram mövzuları kimi virtual mühitlər daxildir. Fərdi və ya qrup videozəngi zamanı yeni fonlar və filtrlər tətbiq etmək üçün ekranın yuxarı sağ küncündəki effekt işarəsinə klikləmək kifayətdir.