“Qardaşlar Mebel”in 2023-cü il üzrə xalis mənfəəti 1.24 mln. manatı keçib

Əli Mirzəyevin sahibi olduğu “Qardaşlar Mebel” QSC 2023-cü ildə 1 milyon 241 min manat xalis mənfəət əldə etməklə, illik bu göstəricisin 30 faiz artırmış oldu. Halbuki, mebel satışlarını həyata keçirən şirkət 2022-ci ildə cəmi 951 manat xalis mənfəət əldə etmişdi.

Banker.az xəbər verir ki, şirkətin gəlirləri 15 mln. 065 min manat olmaqla illik 36 faiz artıma nail ola bildi. 2022-ci ildə cəmi 11 milyon 048 min manat gəliri vardı.

Şirkətin ümumilikdə xərcləri isə 13 milyon 638 min manat olub.

“Qardaşlar Mebel”in keçən il əldə etdiyi xalis mənfəətdən sonra 1 yanvar 2024-cü il tarxinə olan bölüşdürülməmiş mənfəəti 3 milyon 159 min manat təşkil edib. Cəmi kapital və ya xalis aktivlərin həcmi 6 milyon 955 min manatdır. Bunun yalnız 3 min manatı nizamnamə kapiatlı qalan 4 milyon 381 min manat isə kapital ehtiyatlarıdır.

Şirkətin nizamnamə kapitalı 2 səhm, hər biri 1525 manatdır. Hazırkı dəyərləndirməyə əsasən səhmin real dəyəri 4 560 manatdır.

“Qardaşlar Mebel” şirkəti 2015-ci ildən fəaliyyət göstərir və səhmdarı 100 faiz payla Əli Mirzəyev Məmməd oğludur. Şirkətin icra strukturuna isə onun qardaşı Hüseyn Mirzəyev rəhbərlik edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər