13 C
Baku
Friday, November 22, 2024

Bank of Baku-nun rəhbərliyinə təyinat olub

“Bank of Baku” ASC-nin Müşahidə Şurasına müstəqil üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Cabbarov Səxavət Hikmət oğlu M.Ş.-yə müstəqil üzv seçilib.

Səxavət Cabbarov hazırda “Agro Food Investments” MMC-nin Audit Komitəsinə rəhbərlik edir.

Bundan öncə “Sumqayıt Texnologiyalar Parkı” MMC, “Pepsi Bottlers Azerbaijan” (Mars Overseas Baku LTD), “Xaçmaz Aqropark” MMC, “Qəbələ Aqropark” MMC, “Yalama Agropark” MMC, “Milla  Dairy” MMC, “AZMADE Group” MMC kimi şirkətlərdə çalışıb.

Bununla belə, o həmçinin bank sektorunda da 11 illik təcrübəyə malikdir. Belə ki, 2008-2020-ci illər ərzində bağlanmış “Amrah Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb. Son dörd ildə Daxili audit xidmətinin direktoru vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər