2 C
Baku
Saturday, December 14, 2024

Bakıda bu dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönərxanalarda aparılan monitorinqlər zamanı götürülmüş məhsul nümunələrində aşkarlanan mikrobioloji çirklənmə ilə əlaqədar olaraq Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən, fiziki şəxs Abdulxaliqov Anar Asif oğluna məxsus “Ye-Doy Dönər” və Səbail rayonu, Badamdar şosesində yerləşən, fiziki şəxs Quliyev Qurban İlqar oğluna məxsus “Kürə Təndir” iaşə obyektlərində yoxlama keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı iaşə obyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin aşağıda qeyd olunan bir sıra nöqsanlar müəyyən olunub:

– məhsulların divardan və yerdən ara məsafə gözlənilmədən saxlanıldığı;

– soyuducuda mal qonşuluğu qaydalarının pozulduğu;

– havalandırma sisteminin quraşdırılmadığı;

– sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı;

– qida məhsulları ilə təmasda olan səthlərin gigiyenik materialla üzlənmədiyi;

– yuma sahəsində döşəmə, tavan və divarların tamlığının pozulduğu;

– işçi heyətin sağlamlıq arayışlarının mövcud olmadığı və müvafiq geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi;

– ağzıaçıq tullantı qablarından istifadə olunduğu və sair.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər