14 C
Baku
Sunday, November 24, 2024

“Tesla” ən ucuz elektromobil modelinin satışını dayandırıb

“Tesla”nın “Model S” elektrik avtomobilinin ən ucuz versiyasının satışları dayandırılıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Qeyd edək ki, “Model S” avtomobilinin standart versiyasının qiyməti 39 min dollar təşkil edir, ABŞ-də isə subsidiyalarla birlikdə 42.5 min dollara çatır.

“Reuters”in qeyd etdiyi kimi, istehsalı dayandırılmış “Model 3” Çindən gətirilən litium-dəmir fosfat batareyaları ilə işləyir. Xatırladaq ki, may ayında ABŞ Çindən gələn elektrik avtomobillərinə 100%, akkumulyator və digər hissələrə isə 25% idxal rüsumu tətbiq edib. Bundan əlavə, Çində istehsal edilmiş komponentləri olan avtomobillərə alış zamanı 75 min dollarlıq subsidiya aid edilmir.

Dünən, oktyabrın 2-də “Tesla” elektrik avtomobillərinin satışlarının bu ilin üçüncü rübündə ilk dəfə (6.4%) artdığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər