23 C
Baku
Saturday, October 5, 2024

Bu il İtaliyaya 9 milyard kubmetrdən çox qaz ixracı gözlənilir

Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini və Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşüb.

Energetika Nazirliyindən “Banker.az”a  bildirilib ki, italiyalı nazirlə görüşdə enerji əlaqələrinin genişlənməsi xüsusunda SOCAR ilə “Eni S.P.A” şirkətinin əməkdaşlığı, TAP layihəsinin ötürücülük gücünün artırılması, “CESI”nin “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin texniki-iqtisadi əsaslandırmasında iştirakı, bərpaolunan enerjinin tədarük imkanları kimi məsələlər müzakirə edilib.

Bu il İtaliyaya 9,6 milyard kubmetr qaz ixracının gözlənildiyi qeyd olunub.

 

Son xəbərlər
Digər xəbərlər