14 C
Baku
Saturday, November 23, 2024

“Foxconn” süni intellektə yüksək tələb sayəsində rekord gəlir əldə edib

Tayvanın “Hon Hai Precision Industry” (Foxconn) şirkəti ilin üçüncü rübünü gözləniləndən daha yaxşı başa vuraraq rekord gəlir əldə edib. “Apple”ın əsas təchizatçısının hesabatına görə, onun üç hesabat ayı ərzində gəliri 1.85 trilyon Tayvan dollarına (57.3 milyard ABŞ dolları) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20.2% çoxdur və şirkətin tarixində üçüncü rüb üçün ən yaxşı nəticədir.

“Nəticə şirkətin gəlir artımı ilə bağlı ilkin gözləntilərini üstələyib”, – “Foxconn” bildirir. Gəlirlərin həcmi LSEG tərəfindən sorğu edilən analitiklərin proqnozlarından daha yüksək olub. Onlar istehsalçının gəlirinin 1.79 trilyon Tayvan dolları olacağını gözləyirdilər.

İlin ilk doqquz ayı üzrə gəlirlərin həcmi də rekord həddə çatıb: 4.72 trilyon Tayvan dolları (146.4 milyard dollar). Bu, ötən illə müqayisədə 9.7% çoxdur. Şirkətin özünün qeyd etdiyi kimi, bu il gəlir artımının əsas katalizatoru süni intellekt (AI) sistemləri üçün server avadanlıqlarına olan yüksək tələbat olub.

Son xəbərlər
Digər xəbərlər