Enerji qiymətlərinin yüksəlməsindən əziyyət çəkən Avropanın ağır sənayesi uzun müddət yüksək xərclər və zəif gəlirlərə tab gətirmək üçün qaz istehlakını azaltmağı planlaşdırır, bu barədə “Bloomberg” yazır.
2025-ci ildə enerji qiymətlərinin daha da artacağı gözlənilir. Bu o deməkdir ki, ammonyak istehsalı və emalı kimi qiymətə həssas sektorlar istehlakı azaltmalı olacaqlar, “Energy Aspects Ltd”nin analitiki Erisa Pasko bildirib.
Elektrik enerjisi istehsalı üçün vacib xammal və yanacaq olan təbii qazdan kimya və plastikdən tutmuş şüşə və polad istehsalına qədər müxtəlif sənaye sahələrində istifadə olunur. Rusiya-Ukrayna müharibəsi nəticəsində tədarük azaldıqda qiymətlər yüksəlib, bəzi fabriklər bağlanmağa və ya zərərlə işləməyə məcbur olub. “S&P Global Commodity Insights”in direktoru Anna Qaltsovanın sözlərinə görə, Avropa iqtisadiyyatının zəif vəziyyəti tələbin 2027-ci ilə qədər arta bilməyəcəyi deməkdir.