Gələn il azərbaycanlı məktəblilərin hazırladığı peyk orbitə buraxılacaq.
Bunu “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş “Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə müzakirələrdə razılaşdırılmış bu layihənin hazırlanması artıq başlayıb.