11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda “Yaşıl istiqraz” buraxanlar listinq haqqını güzəştli tariflərlə ödəyəcək

“Bakı Fond Birjası” QSC (BFB) “Yaşıl istiqraz” seqmentini inkişaf etdirmək üçün listinq tariflərində müəyyən güzəştlərin edilməsini planlaşdırır.

Bunu BFB-nin baş kommersiya inzibatçısı Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, “yaşıl istiqraz”larla bağlı çərçivə maliyyə taksonomiyasından irəli gələn parametrlərini özündə əks etdirir: “Yaşıl istiqraz”larla bağlı xüsusi tarif olmayacaq, amma bu sahə yeni və dövlətin marağında olduğu üçün tarifləri azalda və yaxud ləğv edə bilərik. Bu da birjanın həmin seqmentin inkişafına töhfəsi olardı”.

Bundan başqa, O.Qasımov deyib ki, Birja “yaşıl istiqrazlar”la bağlı çərçivə hazırlayıb: “Çərçivədə Azərbaycan Mərkəzi Bankının “yaşıl istiqraz”larla bağlı hazırladığı qanunvericilik nəzərə alınıb. Sadəcə onu rəsmi şəkildə təsdiq etmək üçün ölkədə “yaşıl istiqraz”lar üçün taksonomiyanın qəbul olunmasını gözləməliyik. Bundan sonra taksonomiya çərçivəsində olan istiqrazlar birjada həmin seqmentdə listinqə qəbul olunacaqlar”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər