23 C
Baku
Wednesday, October 9, 2024

Türkiyədə “Discord”a giriş bloklanıb

Türkiyədə “Discord” messencerinə giriş bloklanıb.

Bu barədə ədliyyə naziri Yılmaz Tunç “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Gənclərimizi, uşaqlarımızı sosial şəbəkələrdə və internetdə zərərli paylaşımlardan qorumaq əzmindəyik. Sosial quruluşumuzun təməllərini sarsıtmaq cəhdlərinə heç vaxt imkan verməyəcəyik”, – o vurğulayıb.

Nazirin sözlərinə görə, məhkəmə uşaqlara qarşı cinsi zorakılıq və ədəbsizlik ilə bağlı şübhələrə görə “Discord”a girişi məhdudlaşdırmaq qərarına gəlib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər