13 C
Baku
Friday, November 22, 2024

Braziliyada “X”ə qoyulmuş məhdudiyyət ləğv edilib

Braziliyanın Federal Ali Məhkəməsi “X” sosial şəbəkəsinin ölkədə fəaliyyətini bərpa edə biləcəyinə qərar verib.

Bu barədə “Reuters” agentliyi məhkəmənin bəyanatına istinadən məlumat yayıb.

Sənədə əsasən, bu qərar mesencerin əvvəllər çıxarılmış məhkəmə qərarlarını yerinə yetirməyə başlaması ilə əlaqədar qəbul edilib.

Qərar dərhal qüvvəyə minir.

“X”in Braziliyadakı nümayəndəliyinin dərhal geri qaytarılması üçün bütün zəruri tələblər sənədlərlə təsdiqlənib”, – agentlik hakim “Aleşandri di Moraysdan sitat gətirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər