13 C
Baku
Friday, November 22, 2024

Bakıda Emin Ağalarovun adına yeni çatdırılma şirkəti yaradılıb

İş adamı Emin Ağalarovun adına yeni çatdırılma şirkəti təsis edilib.

Banker.az xəbər verir ki, “Restaurants Delivery by Emin Agalarov” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

Şirkət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 3 oktyabr 2024-cü ildə qeydiyyata alınıb.

Onun hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Nardaran Ləhiş yolu, ev 32X ünvanında qeydiyyata alınıb ki, bu da Ağalarovun “SeaBreeze” layihəsi ilə eyni ünvana düşür.

Təsis edilmiş şirkətin 100 manat nizamnamə kapitalı olmaqla ona Rəşad Kərimov Raif oğlu rəhbərlik edəcək.

“Sea Breeze” 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb. Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər