Britaniyanın Royal Bank of Scotland (RBS) bankı bir neçə il ərzində kino sənayesinə kapital yatırmışdır. Ümumilikdə bank “Troya”, “Batman: Başlanğıc” və Harry Potter-in iki seriyasını maliyyələşdirməyə kömək etmişdir.
Bank bunu kino sənayesinə olan xüsusi marağına görə etməmişdi. Burada əsas məqsəd investorlar üçün vergi güzəştləri idi ki, Britaniya hökuməti də bunun köməkliyi ilə milli kino sənayesinin çiçəklənməsinə ümid edirdi. Yuxarıda sadalanan filmlərin amerikan filmlərini qeyd edə bilərsiniz. Lakin bu filmlər rəsmi olaraq ortaq yaradıcılıq məhsuludur və görünür vergi orqanları üçün bu fakt kifayət edirdi. Bir faktı da qeyd etmək yerinə düşərdi ki, Hollywood ulduzlarının demək olar ki, yarısı Britaniya adalarının yetirmələridir. Əssaında Harry Potter serialı çəkilən məşhur romanın müəllifi də infilis yazıçısıdır. Qısası, incəsənət sərhəd tanımır.
RBS-in istifadə etdiyi qanuni sxem xüsusi çətinliyi ilə seçilmirdi. The Guardian nəşrinin yazdığına əsasən, bank əvvəlcədən kinostudiyadan bu və ya digər filmin paylanılması haqqını əldə edir, nəticədə isə filmi elə onun özünə icarəyə verir. Və hər kəs qazanan tərəfdir. Kino studiyaları filmlərin çəkilməsi üçün vəsait əldə edir, bank isə investisiyanı gəlir olaraq geri qaytarırdı.
Bu sxem 1998-ci ildən başlayaraq gəlir gətirməyə başlayıb və hələ də davam edir. RBS üçün işləyən vergitutma mütəxəssisləri son nəticədə ümumi dəyəri £3,8 milyard təşkil edən investisiya portfeli yaradırdılar. Vergi güzəştləri sayəsində son nəticədə əldə edilən gəlirin həcmi £1 milyarda bərabərdir.
RBS kino sənayesi sahəsində tək deyildi. Qanuni əsaslarla kapital artırmaq və eyni zamanda vergidə qənaət etmək sxemindən digər banklar da istifadə edirdi. Bu sxemi fərdi olaraq isə aparıcı bankirlər, məşhur futbolçular, kino və pop ulduzları və digər varlı məşhurlar inkişaf etdirmişlər.
Adları açıqlanmayan varlı fiziki şəxslərin investisiyalarının arxasında Ingenious Media şirkəti dayanırdı. Onun müştərilərini rich & famous kateqoriyasından olan 150-dən çox britaniyalı təşkil edirdi. Şirkət “Mirvari sırğalı qız”, “Avatar” kimi məşhur filmlərin maliyyələşməsində iştirak etmişdir.
Qısası, bu halda filmlərin keyfiyyəti ikinci dərəcəli məsələ idi. Verilən məlumatlara görə, bu cür kapital yatırımları filmin uğur qazanması və yaxud uğursuzluğa düçar olmasından asılı olmayaraq heç bir riskə malik deyildilər. İnvestorlar vergi güzəştləri və bütün digər faydalar ilə yanaşı, 15 illik vergi tətili imkanından yararlana bilərdilər.
Bu “bayram” 2007-ci ildə, yəni sxem dövlət tərəfindən ləğv edildikdə başa çatdı.