16 C
Baku
Friday, November 22, 2024

ABŞ Ədliyyə Nazirliyi “Google”un bölünməsini nəzərdən keçirir

ABŞ Ədliyyə Nazirliyi məhkəmənin korporasiyanı axtarış sistemləri arasında inhisarçı kimi tanımasından sonra Google-u biznesinin bir hissəsini satmağa məcbur etmək imkanını nəzərdən keçirir, bu barədə “Bloomberg” yazır.

ABŞ səlahiyyətlilərinə görə, Google onlayn axtarış bazarının təxminən 90%-ni rəqiblərdən bloklayır. Ədliyyə Nazirliyinin noyabrın 20-dək məhkəməyə daha konkret təklif təqdim edəcəyi, “Google”un isə dekabrın 20-dək bu iddiyaya cavab verməsi gözlənilir.

Mütəxəssislərin fikrincə, ən çox ehtimal olunan variant “Google”un bəzi eksklüziv müqavilələri ləğv etməsi və istifadəçilərin digər axtarış sistemlərinə daxil olmasını asanlaşdırması tələbi olacaq.

Son xəbərlər
Digər xəbərlər