23 C
Baku
Wednesday, October 9, 2024

“Payonix” BOKT-nin rəhbərliyinə təyinat olub

“Payonix Bank Olmayan Kredit Təşkilatı” MMC Müşahidə Şurasının yeni üzvü seçilib.

Banker.az xəbər verir ki, təsisçinin qərarı ilə Ruslan Fərzəliyev Rasim oğlu Müşahidə Şuraısının üzvü təyin edilib.

Qeyd edək ki, bundan öncə Qumru Eyvazova Kərim qızı və Nurlan Vəliyev Mahal oğlu Müşahidə Şurasından çıxarılmışdılar. Onların yerinə təyinat olmamışdı.

Bundan öncə isə Zamin Cəfərov Ramiz oğlu Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib və Anar Fətullayev Akif oğlunu əvəz edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Payonix”i 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alıb. 2024-cü ilin may ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Payonix” MMC bank olmayan kredit təşkilatına lisenziya verilib.

 

Son xəbərlər
Digər xəbərlər