20 C
Baku
Wednesday, October 9, 2024

Məcburi auditdən yayınmağa görə “Beta-Azərbaycan”a cərimə protokolu yazılıb

“Beta-Azərbaycan” MMC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Beta-Azərbaycan” MMC min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə oluna bilər.

Son xəbərlər
Digər xəbərlər