Hindistanın ən böyük konqlomeratlarından biri olan “Tata Group”un keçmiş rəhbəri Ratan Tata 86 yaşında vəfat edib. Bu barədə “Tata Group”un bəyanatına istinadən KİV yazır.
Ratan Tata 1937-ci ildə iş adamı Naval Tatanın ailəsində anadan olub. Daha sonra “Tata Group”a çevrilən şirkət 1868-ci ildə Ratan Tatanın ulu babası Camşedji Tata tərəfindən təsis edilib. Ratan Tata özü 1962-ci ildən ailə biznesində çalışıb və 1990-2012-ci illərdə “Tata Group”a rəhbərlik edib.
Onun rəhbərliyi altında illik gəliri hazırda 100 milyard dolları keçən konqlomerat telekommunikasiya, İT və avtomobil sənayesi kimi sektorlarda fəaliyyətə başlayıb. Bildirilir ki, cənab Tata sərvətinin 60%-dən çoxunu xeyriyyə işlərinə bağışlayıb.