10 C
Baku
Saturday, November 23, 2024

“OpenAI” Sinqapurda ofis açır

“ChatGPT” çat-botunun yaradıcısı olan “OpenAI” şirkəti ilin sonuna qədər Sinqapurda ofis açmağı planlaşdırır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, ofis Asiya-Sakit Okean regionundakı (ASOR) müştərilərə xidmət göstərəcək, hökumət və biznes əlaqələrinə diqqət yetirəcək. Qeyd edək ki, şirkət Sinqapurda komanda toplamağa artıq başlayıb.

Sinqapurdakı ofis ASOR-da AI şirkəti üçün ikinci olacaq. Xatırladaq ki, bu ilin aprelində “OpenAI” Tokioda ilk ofisini açıb.

Daha əvvəl bildirilmişdi ki, “OpenAI” 157 milyard dollar qiymətləndirmə ilə 6.6 milyard dollar cəlb edib. Qeyd olunur ki, maliyyələşdirmədə “Microsoft” korporasiyası, çip istehsalçısı “Nvidia”, “SoftBank”, “Tiger Global”, “Altimeter Capital”, “Fidelity” və “Khosla Ventures” investisiya strukturları, eləcə də “Abu Dabi” hökumət fondu iştirak edib. Maliyyə raundunun nəticəsi olaraq, “OpenAI” vençur maliyyəsi ilə iki ən böyük özəl startap – “SpaceX” və “TikTok”un sahibi “ByteDance”a bərabər olub.

Son xəbərlər
Digər xəbərlər