22 C
Baku
Thursday, October 10, 2024

Son iki həftədə ABB-nin 1.36 milyonluq səhmləri təkrar bazarda dövr edib

Azərbaycanda səhmlərinin böyük hissəsi dövlətə məxsus olan bank ABB (Azərbaycan Beynəlxalq Bankı) yeni səhmləri dövriyyəyə buraxdıqdan sonra bazar canlanıb.

Bank yayda son illərin ən iri həcmli kütləvi səhmlərini buraxdı, bunu yalnız fiziki şəxslər üçün əlçatan etdi və 25 sentyabrda ümumilikdə yeni kütləvi səhmdarlarını elan etdi. Banker.az-ın İnvestisiya bölməsinin araşdırmasına əsasən, 25 sentyabrdan 10 oktyabr tarixinədək 1 363 805 ədəd səhm əl dəyişib. Bu da ümumilikdə 368 268.74 manatlıq həcmdir.

ABB səhmlərinin hər birinin dəyəri 0.27-0.32 manat dəyərində dəyişsə də, böyük əksəriyyəti nominal dəyər olan 0.27 manata satılıb. Beləliklə, orta qiymət son 16 gündə 0.272037 manat olub.

Ən iri həcmli satış dünən baş verib. Belə ki, bir investor dünən hər birinin nominal dəyəri 0.27 manat olan 388 686 səhmini satıb ki, bunun da ümumi dəyəri 104 945.22 manat təşkil edib.

ABB səhmlərinə abunə yazılışı ilin ikinci rübündən start götürüb, 25 iyulda tamamlanmışdı. Dövlət bankı ölkədə ilk dəfə mobil tətbiqlə səhmlər üçün sifariş imkanı yaratmışdı. Ölkədə digər bank və investisiya şirkətləri ilə sifariş vermək mümkün olsa da, 84% investor ABB Mobile-dən edilmişdi. Bankın sədri yaxın zamanda səhmlərin onlayn satışının mümkün olacağını bildirib.

Eyni ilə Bakı Fond Birjasının əməkdaşı da yaxın günlərdə maliyyə alətlərinin Azərbaycanda ticarətin məsafədən almaq və satmaq üçün platformanın istifadəyə veriləcəyini bildirib.

 

Son xəbərlər
Digər xəbərlər