21 C
Baku
Friday, October 11, 2024

Belarus kələm, alma və soğanın ixracı üçün lisenziyalaşdırma tətbiq edib

Belarus hökuməti ağ kələm, alma və soğanın ixracı üçün lisenziyalaşdırma tətbiq edib.

Bu barədə “İnterfaks” ölkənin Nazirlər Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu barədə Belarusun Baş naziri Roman Qolovçenko sərəncam imzalayıb.

Mətbuat xidməti məhsulların ixracının mənşə ölkəsindən asılı olmayaraq birdəfəlik lisenziya əsasında həyata keçiriləcəyini vurğulayıb. İcazə rayon icra komitələri ilə razılaşdırılmaqla Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi tərəfindən veriləcək.

Qeyd olunub ki, bu məhdudiyyət üç ay davam etməlidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər