13 C
Baku
Saturday, November 23, 2024

“Amazon”un vitse-prezidenti: Satışlarımızın 60%-ni üçüncü tərəflər həyata keçirir

“Amazon”da satışların 60%-i üçüncü tərəflər tərəfindən həyata keçirilir.

Bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı “Amazon”un vitse-prezidenti və baş texnologiya direktoru Verner Vogels (Werner Vogels) deyib.

O bildirib ki, kiçik və iri müəssilər burada aktiv satış həyata keçirir. “Gənc bizneslər özbaşına o qədər müştəri toplaya bilməz. Amazon isə onlara milyonlarla müştəriyə çıxış imkanı verir. Üçüncü tərəflərlə bağlı ən böyük problemin məhsulun vaxtında çatdırılmasıdır. Müştərilər isə problemlə bağlı birbaşa “Amazon”a müraciət edir” – Verner Vogels əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər