15 C
Baku
Tuesday, November 19, 2024

Rusiyanın xarici borcu 2006-cı ildən bəri ilk dəfə 300 mlrd. dollardan aşağı düşüb

Oktyabrın 1-də Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə, Rusiyanın xarici borcu 24.5 milyard dollar (-7.7%) azalaraq 293.4 milyard dollar təşkil edib. Qeyd edək ki, 2006-cı ildən bəri ilk dəfə Rusiyanın xarici borcu 300 milyard dollardan aşağı düşüb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

İlin birinci yarısında xarici borc 16 milyard dollar, üçüncü rübün sonunda isə daha 8.5 milyard dollar azalıb. Mərkəzi Bank xarici borcun azalmasının daha çox iqtisadi sektorların cəlb olunmuş kreditlər, o cümlədən birbaşa investisiyalar üzrə öhdəliklərinin azalması ilə bağlı olduğunu bildirib.

Doqquz ayın sonunda iqtisadiyyatın digər sahələrinin xarici borcu 29.5 milyard dollar (-15.5%) azalaraq 160.9 milyard dollar təşkil edib. Yanvarın 1-dən etibarən bank sektorunun xarici borcu 6.8 milyard dollar (+7.1%) artaraq 101.5 milyard dollara çatıb.

Rusiyanın xarici borcu dövlət orqanlarının, bank sisteminin (o cümlədən Rusiya Mərkəzi Bankının), iqtisadiyyatın digər sahələrinin və keçmiş SSRİ-nin borclarından ibarətdir. 2014-cü ilin iyulunda Rusiyanın xarici borcu maksimum səviyyəyə – 732.7 milyard dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər