“AFB Bank” ASC 2024-cü ilin 3-cü rübünü 2 milyon 127 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 6 milyon 293 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında “AFB Bank”ın cəmi gəlirləri 23 milyon 532 min manat (əvvəlki ilə nisbətən 11% çox), cəmi xərcləri 19 milyon 487 min manat ( 15% çox) təşkil edib.
Hesabat dövründə bankın cəmi aktivləri 312 milyon 996 min manat olub ki, bunun da 191 milyon 992 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 7% böyüyüb.